mod 1

Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycanla Özbəkistan arasında keçirilən “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Çıxışçılar təliminin əsas məqsədinin müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirmək olduğunu bildiriblər.

Ümumilikdə təlimin gedişatı, iştirakçıların müasir kompüter texnologiyalarından istifadə və qərar qəbuletmə bacarıqları müsbət qiymətləndirilib.

Qeyd olunub ki, qarşıya qoyulan bütün tapşırıqların icrasında hər iki ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonra iştirakçılara sertikifikatlar təqdim edilib, təlimdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Mərasim Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.

5407b177fdbc660cac57b7340886ecf8 4eacc45ee0cde15819b83ed98f9c1a34 a3952119780fc2a38082dc745dca69c2 62a256aae7c92b12342db4a7e918758c 26a676bf29273a7d5f42db0cea0114c3

Paylaş: