III Dünya müharibəsinin qarşısı necə alındı? – Makfol açıqladı

ABŞ-ın Rusiyadakı keçmiş səfiri, siyasi elmlər üzrə professor Maykl Makfol III Dünya müharibəsi haqqında müzakirələrin dayandırılmasına çağırış edib.

Globalinfo.az xəbər verir ki, o, ABŞ və NATO-nun müttəfiq ölkələri Rusiyaya qarşı müharibədən çəkindirdiyini deyib.

“Bu, ağıllı addım idi. ABŞ həmçinin öz üzərinə Ukraynaya əlavə əsgər göndərilməməsi ilə bağlı öhdəlik götürüb. Bu strategiya III Dünya müharibəsinin qarşısını aldı. Bu müharibə haqqında danışmağı dayandırmaq lazımdır”.

ABŞ ordusunun keçmiş komandanı Ben Hodqes də yeni dünya müharibəsi ideyasının Kremlin işinə yaradığını bildirib:

“Maykl Makfolun fikirləri ilə razılaşmaq lazımdır. Bütün tədbir və hazırlıqlarımız III Dünya müharibəsinin qarşısını alır. Yeni dünya müharibəsi ilə bağlı müzakirələr düşüncələrimizi məhdudlaşdırır və sadəcə, Kremlin eskalasiya işinə yarayır”.

Ayşən Mustafa
Globalinfo.az