İcra hakimiyyətindən “xəbərsiz” kəsilən ağaclar və tikinti şirkətinin “hörmət” təklifi – VİDEO

Qaradağ rayonu Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi 1 ünvanında ağaclar qanunsuz olaraq kəsilib.

Globalinfo.az xəbər verir ki, kəsilən ağacların yerində naməlum obyekt tikilir və artıq tikintinin bir qismi tamamlanıb.

Baku TV tikinti şirkəti ilə əlaqə saxlayıb və cavab olaraq sözügedən ərazidə çəkiliş aparmağın qadağan olduğu bildirilib və heç bir ağacın kəsilmədiyi qeyd olunub.

Tikinti şirkətinin rəhbəri hətta rüşvət adlandırmadığı “hörmət” də təklif edib.

Mövzu ilə bağlı süjeti təqdim edirik: