Xətai rayonunun Heydər Əliyev adına istirahət parkının amfiteatrında yüksək balla ali məktəblərə qəbul olan rayon sakinləri ilə görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, şəhid ailələri və deputatlar iştirak edib. Görüş zamanı yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclər təbrik edilib və onlar mükafatlandırılıblar.
Çıxış edən icra başçısı Rafiq Quliyev gəncləri əldə etdikləri uğur münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb və qarşıdakı mərhələdə də yüksək nəticələr əldə etmələrini diləyib.
Daha sonra tədbir tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam edib.
Tədbirdən fotoları təqdim edirik:


