I siniflərin məktəb seçiminə başlanılır

Mayın 15-i saat 11:00-dan etibarən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə Azərbaycan bölməsi üçün sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək. 

Bu barədə Globalinfo.az-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Eyni zamanda, bu gün 11:00-dan 31 may saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq.

Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.