
Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər Qırmızı dənizdə ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisinə ballistik raketlər və dronlarla zərbə endiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Husi sözçüsü ABŞ-ın təyyarədaşıyan “USS Harry Truman” gəmisinin 18 raket və dronla vurulduğunu bildirib.
“Yəmən silahlı qüvvələri təcavüzə cavab olaraq hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı Amerikanın “USS Harry Truman” aviadaşıyıcısı və onu müşayiət edən gəmiləri 18 ballistik və qanadlı raketdən, həmçinin pilotsuz uçuş aparatından istifadə etməklə Qırmızı dənizin şimal hissəsində hücuma məruz qalıb”, – deyə o bildirib.
Onun sözlərinə görə, husi qüvvələri Qırmızı dəniz və Ədən körfəzindəki ABŞ hərbi gəmilərinə hücumu davam etdirəcək və İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa edənə qədər Bab əl-Məndəb boğazından İsrailin kommersiya gəmilərinə mane olacaq.