husi 1

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının lideri Əbdülməlik əl-Husi ABŞ Prezidenti Donald Trampın əvvəllər səsləndirdiyi fikrə istinad edərək Səudiyyə Ərəbistanını kəskin tənqid hədəfinə çevirib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Ər-Riyad Vaşinqtonla əməkdaşlıq yolunu şüurlu şəkildə seçib və bununla da ABŞ tərəfindən istismar olunmasına şərait yaradır.

“Tramp özü deyirdi ki, Səudiyyə Ərəbistanı “sağılan inək”dir. Onlar bu inəyi son damlasına qədər sağır, sonra isə kəsib ətindən istifadə edirlər. Sağdıqları isə neftdir. Hazırda əldə olunan bu vəsait bizə qarşı aparılan müharibəyə sərf olunur. Biz buna göz yuma bilmərik. Digər tərəfdən, Səudiyyə Ərəbistanı həmin yolu özü seçib və buna görə məsuliyyət də onun üzərinə düşür”, – deyə əl-Husi vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: