Hrant Dinki öldürən şəxs azadlığa buraxıldı

Türkiyənin ermənidilli AGOS qəzetinin baş redaktoru Hrant Dinki qətlə yetirən Ogün Samast şərti azadlığa buraxılıb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barərə yerli mətbuat məlumat yayıb.

DHA-nın xəbərinə görə, 16 il 10 aydır həbsxanada olan Samastın bir il əvvəl “yaxşı rəftar səbəbiylə şərti azadlığa buraxılması” çərçivəsində cəzasının tamamlandığı bildirilib.