İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ qarşısında irəli sürdüyü şərtləri yenidən açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi X-də bildirib.
Rzayi qeyd edib ki, Vaşinqton müharibəni və dəniz blokadasını dayandırmayana, İranın dondurulmuş aktivlərini azad etməyənə və regionda, o cümlədən Livan və Qəzzada atəşkəslə razılaşmayana qədər boğaz açılmayacaq.
O bildirib ki, İranın tələbləri tam şəkildə yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı saxlanılacaq.
Tahir Turan
Globalinfo.az