rassel krou 768x403 1

Dünyaca məşhur avstraliyalı aktyor Rassel Krounun fanatlarına dediyi sözlər gündəm olub.

Globalinfo.az xəbər verir ki, aktyor Parisdə ondan imza almaq istəyən izdihamın qarşısını almaq üçün tədbir görüb.

Belə ki, Krou pərəstişkarlarına ona yaxınlaşmamağı tövsiyə edib:

“Olduğunuz yerdə qalın. Lənət olsun, üstümə gəlməyin! Mən sizə tərəf gələcəyəm. Amma kimsə özünü axmaq kimi aparsa, çıxıb gedəcəm”.

Sözügedən görüntülər sosial mediada qısa zamanda viral olub. Lakin əksəriyyət aktyorun bu davranışını tənqid edib.

Günel Cəlil
Globalinfo.az

Paylaş: