NATO

NATO ölkələrinin Rusiyanın şimal-qərb ərazilərinə nəzarəti ələ keçirmək planları var”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev deyib.

Deputat bu fikrə Polşanın Baş naziri Donald Tuskun və xarici işlər naziri Radoslav Sikorskinin Rusiyanın son addımları ilə bağlı açıqlamalarından sonra gəlib.

“Tusk Varşava ilə Moskva arasında qarşıdurmanın daha da kəskinləşə biləcəyini deyib. Sikorski isə NATO-nun Kalininqrad vilayəti yaxınlığında “aqressiv təlimlər” keçirməsini təklif edib. Polşalı nazir bölgədə Rusiya hərbi qüvvələrinin demək olar ki, olmadığını iddia edib.

Qərb ölkələri Rusiya ordusunun əsas qüvvələrinin Ukraynadakı müharibəyə cəlb olunmasını nəzərə alaraq ölkənin şimal-qərb istiqamətində imkanlarının məhdudlaşdığını düşünür.

Onlar hesab edirlər ki, Rusiya silahlı qüvvələri orada bağlı olduğu üçün ölkənin şimal-qərb hissəsini asanlıqla ələ keçirə bilərlər. Düşünürəm ki, biz buna qətiyyən imkan verməyəcəyik”, – deyə o bildirib.

Sobolev Polşanı NATO ölkələri arasında Rusiyaya qarşı ən sərt ritorikanı nümayiş etdirən dövlətlərdən biri kimi qiymətləndirib və alyansın Rusiya ilə mümkün münaqişəyə hazırlıq gördüyünü iddia edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: