rubinyan 8

“Belarus Ermənistandan üzr istəməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.

Rubinyan Azərbaycanın 44 günlük müharibədən əvvəl Belarusdan silah tədarük etməsini xatırladıb: 

“Baxmayaraq ki, Belarus bunu edərkən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü idi. Ermənistan Minskdəki səfirini məsləhətləşmələr üçün İrəvana geri çağırıb. Bəli, bu məsləhətləşmələr izahat və ya üzr eşidənə qədər davam edəcək”.

Rubinyan iddia edib ki, guya Belarus Prezidenti Aleksandr Lukaşenko 44 günlük müharibənin planlaşdırılmasında rol oynadığını deyib. Reallıqda isə Lukaşenkonun belə bir açıqlaması yoxdur. O, sadəcə müharibədən əvvəl hərbi toqquşma haqda düşündüyünü və yekunda Azərbaycanın qalib gələcəyinə inandığını demişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: