İllərdir “əhali partlayışı” qorxusu ilə yaşayan Hindistan, tarixinin ən böyük demoqrafik çöküşü astanasındadır. Belə ki, ölkədə doğum nisbətləri ilk dəfə olaraq əhalinin sabit qalması üçün lazım olan kritik həddən aşağı düşüb.
Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi qurumlar tərəfindən dərc edilmiş son Nümunə Qeydiyyat Sistemi (NQS) hesabatında deyilir.
Hesabata görə, ölkədə hər qadına düşən uşaq sayı (ümumi doğum nisbəti) 1,9-a düşüb.
Bu məlumatlar o deməkdir ki, əhalinin sayı ilk dəfə olaraq uzunmüddətli dövrdə azalmadan sabit qalması üçün lazım olan 2.1 “əvəzetmə həddi”ndən aşağı düşüb.
Bu nisbətin 2000-ci illərin əvvəllərində 3.3 olduğunu nəzərə alsaq, Hindistanda azalma sürəti hətta mütəxəssislər üçün də narahatlıq doğurur.
Bu sürətli tənəzzülün arxasında ölkənin məruz qaldığı sosial-iqtisadi transformasiya dayanır.
Bundan əlavə, yaşayış xərclərinin artması və uşaq böyütməyin artan xərcləri ailələri buna məcbur edir.