Hindistan bütün Pakistan vətəndaşlarını ölkədən çıxarır

pakistan hindistan 1

Hindistan hökuməti Pakistan vətəndaşlarına viza verilməsini dayandırıb. 

Globalinfo.az xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyi açıqlayıb.

Nazirlik əvvəl verilmiş vizaların aprelin 27-dən etibarən ləğv ediləcəyini və pakistanlıların həmin vaxta qədər ölkəni tərk etməli olduqlarını bildirib.

XİN Hindistan vətəndaşlarına da Pakistanı təcili şəkildə tərk etmələri üçün çağırış ünvanlayıb.

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb ötən gün Cammu və Kəşmir bölgəsində terror aktının həyata keçirilməsidir. Hadisə nəticəsində 26 turist həlak olub.

Ayşən Mustafa
Globalinfo.az