Livan Milli Xəbər Agentliyi (NNA) İsrail Müdafiə Qüvvələrinin ölkənin cənubuna növbəti hücumlar həyata keçirdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, agentliyin məlumatına görə, İsrail qüvvələri üç yaşayış məntəqəsini hədəfə alıb.
Bildirilib ki, Kfar Tebnit şəhərində partlayış törədilib. Həmçinin Məcdəl Zun və Mansuri kəndlərinin atəşə tutulduğu qeyd olunub.
Məlumata əsasən, Mansuri kəndi gün ərzində bir neçə dəfə hücuma məruz qalıb. Hücumlar zamanı yaşayış binalarının da hədəf alındığı bildirilir.
Tahir Turan
Globalinfo.az