Azərbaycan hökuməti 2027-ci ildə ölkədə 141 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.
Globalinfo.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunun 109,1 milyard manatlıq hissəsinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Beləliklə, gələn il ölkədə iqtisadi artımın 2,7 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4 % təşkil edəcəyi proqnozlaşdırılır. Neft-qaz sektorunda isə 1,8 % azalma gözlənilir.
Azərbaycan hökumətinin ötən ay yenilədiyi iqtisadi artım proqnozlarına görə, bu il ölkədə 138 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 100 milyard manatlıq ÜDM istehsal olunmalıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çox ümumi daxili məhsul istehsal (87 milyard 709,5 milyon manatlıq) olunub.