Hikmət Hacıyev dəhşətli faktları açıqladı: ermənilərin mina terroru… – FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın mina terroru barədə növbəti paylaşım edib.  

Globalinfo.az xəbər verir ki, H.Hacıyev özünün “X” hesabındakı paylaşımında “Azərbaycan torpaqlarında yerləşdirilmiş milyonlarla minanın qurbanı təkcə insanlar yox, həmçinin həmin bölgənin faunasıdır” deyə bildirib.

“Danışan şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində həlak olan qonur ayının balasının qalıqları.

Partlayış ərazisindən toplanmış minaların etiketləri onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir.

Ermənistan əvvəl işğal altında saxladığı Azərbaycan torpaqlarında milyonlarla mina basdırıb ki, bu minalar dinc əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir” – H.Hacıyev paylaşımında qeyd edib.