Hesablama Palatası bu qurumda yoxlama aparır

Hesablama Palatası Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yoxlama aparır.

Globalinfo.az-ın xəbərinə görə, kinostudiyanın direktoruu Nazim Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda yoxlama prosesi davam etdirilir.

“Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirir. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir”, – direktor qeyd edib.