Hərbi xidmətdən yayınıb avtoşluq edən Məlikova hökm oxundu

Əsgərlikdə olduğu vaxt hərbi xidmətdən yayınaraq Bakıya gələn və şəhərdə avtoxuliqanlıq edən Əziz Məlikovun məhkəməsi yekunlaşıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən, Əziz Məlikova 6 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası verilib.

Əziz Məlikova hökm oxundu

Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Əziz Məlikov Soltanpaşa oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt faktiki olaraq hərbi xidmətdədir. Buna görə də, Ə.Məlikovun xidmət vaxtı şəhərin mərkəzində avtoşluq etməsi ciddi müzakirələrə səbəb olmuşdu.

Əziz Məlikov istintaq və məhkəmə dövründə iki dəfə həbs olunmuş, daha sonra ev dustaqlığına buraxılmışdı. Onun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi və biznesmen kimi tanınır.