Türkiyənin Bodrum bölgəsində dənizdə boğulma təhlükəsi yaşayan Çeçenistan rəhbəri Ramzan Kadırovun vəziyyəti stabilləşib.
Globalinfo.az xəbər verir ki, Sahil Mühafizəsinin vaxtında müdaxiləsi nəticəsində sudan çıxarılan Kadırov təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Həkimlərin sözlərinə görə, onun həyati təhlükəsi aradan qalxıb və hazırda vəziyyəti qənaətbəxşdir. Kadırov tibbi nəzarət altında saxlanılır.
Məlumata görə, yaxın saatlarda Çeçenistan rəhbərliyi hadisə ilə bağlı rəsmi açıqlama yayacaq.
***19:13
Bodrumda istirahət edən Çeçenistan lideri Ramzan Kadırov dənizdə boğulub.
Globalinfo.az xəbər verir ki, Kadirov Sahil Mühafizəsi qrupları tərəfindən sahilə çıxarılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, həyati təhlükəsi sovuşub, hazırda vəziyyəti yaxşıdır.