images 15

İran parlamentinin deputatı Fədahüseyn Malikinin fikrincə, Hörmüz boğazında vəziyyət artıq həqiqi müharibəyə doğru gedir.

Globalinfo.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib.

Deputat qeyd edib ki, son hadisələr artıq adi münaqişə çərçivəsini aşıb və tammiqyaslı müharibə mərhələsinə yaxınlaşır.

Malikinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxmaq qərarından sonra Vaşinqtonla bağlanan razılaşmalar İran üçün öz əhəmiyyətini itirib.

“Tramp JCPOA-nı ləğv etdiyi kimi, İslamabadla əldə olunan razılaşmanı da faktiki nəzərə almadı. Buna görə də həmin saziş artıq İran İslam Respublikası üçün heç bir dəyər daşımır”, – deyə deputat vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: