Rusiyaya pis xəbər: bu ölkə müharibəyə qoşulur – İddia

rusiya ukrayna

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya regionlarına uzaqmənzilli raket zərbələri endirməsi ilə bağlı bəyanatları Almaniyanın münaqişədə iştirakını gizlətməyə yönəlib”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Andrey Kolesnik deyib.

Ukrayna liderinin təhdidləri yeni deyil, lakin onların arxasında daha əhəmiyyətli plan dayanır. Almaniya Kiyevi öz istehsalı olan silah və sursatla təmin etməklə münaqişədə fəal iştirak etmək niyyətindədir. Kanslet Fridix Mertz bütün xəyali cəsarəti ilə bildirib ki, ölkədə bütün fabriklər tikiləcək və Rusiyaya qarşı zərbələr də Ukrayna ərazisindən həyata keçiriləcək”, – deyə o bildiribş

Qeyd edək ki, bundan əvvəl Volodimir Zelenski Qərb ölkələri ilə birgə uzaqmənzilli silah istehsalının genişləndiriləcəyini açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az