Həkəri çayı üzərində tikilən dəmir yolu körpüsündə işlər nə vaxt yekunlaşır?

Həkəri çayı üzərində tikilən dəmir yolu körpüsündə işlər yekunlaşmaq üzrədir.

Bu barədə Globalinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verib.

Məlumata görə, körpünün uzunluğu 418 metr, eni isə 6,5 metr olacaq.

Qeyd edək ki, Bu körpü Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası çəçivəsində görülən işlərin tərkib hissəsidir.

Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xətt boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək.