Tonoyan 121

Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibə ilə bağlı komissiyada dindiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.

Dindirilmənin avqustun 1-də baş tutacağı gözlənilir. Lakin bu yalnız məhkəmənin D.Tonoyanın vəsatətini təsdiqləyəcəyi halda olacaq.

Bundan sonra D.Tonoyan iclasa hansı şəkildə – canlı bağlantı, yoxsa birbaşa iştirakla qatılacağına qərar verəcək.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: