Həbsdə olan gömrükçü vaxtından əvvəl azadlığa buraxıldı

Dövlət Gömrük Komitəsinin rüşvətə görə məhkum edilmiş inspektoru Azər Baxşıyev vaxtından əvvəl azadlığa buraxılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, 3 il həbs cəzası təyin edilmiş sabiq gömrükçü cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzanın 2/3 hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin rəyini əsas götürüb.

Qeyd edək ki, A.Baxşıyev Naxçıvan MR keçmiş Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur. O, 2022-ci ilin avqustunda Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilmişdi.