hava baki

Baxmayaraq ki, dekabr ayıdır, amma hələ də havalar isti keçir. Hətta temperatur 21 dərəcə qədər yüksəlir.

Bəzi rayonlara qar və yaxış yağsa da, Bakıda bunları görmək olmur. Buna səbəb nədir?

Mövzunu Globalinfo.az-a şərh edən ekoloq Telman Zeynalov deyib ki, havaların isti keçməsi normal haldır.

Ekoloq bunun iqlimlə bağlı olduğunu qeyd edib:

“Azərbaycanda havaların isti keçməsi normaldır. Unutmayaq ki, dünyada gedən 11 iqlim qurşağından 9-u bizim Azərbaycandadır. Onsuz da bu il hava quraq keçir. Bizdə külək cənubdan əsir. Cənubdan əsən külək isə istilik gətirir. Lakin külək şimaldan əsən zaman havanın temperaturu avtomatik 5-10 dərəcə düşmüş olur”.

T.Zeynalov havanın isti keçməsinin başqa səbəbi olduğunu da deyib:

“Zavodlar bağlanıb, amma avtomobillərin buraxdığı dəmyə qazlar 2-3 metr hündürlüyündə Günəş şüası altında qızır. Hava da isti olaraq hiss olunur, 100-200 metr hündürlükdə isə soyuq olur. Bir də görürsən ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi həftəlik hava proqnozu verir. Amma yanlış məlumatdır. Kimsə həftəlik hava proqnozunu verə bilməz. Maksimum 2 günlük doğru proqnoz vermək olur. İndi cənub küləyi əsir, 10 dəqiqə sonra Şimal küləyi əsə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: