“Qarabağ” İsveç çempionuna qalib gəldi

“Qarabağ” son İsveç çempionu “Hakken”i səfərdə 1-0 məğlub edərək qrupda xallarının sayını 6-ya çatdırdı.

“Hakken”in isə xalı yoxdur.

***

70-ci dəqiqədə Juninyo “Qarabağ”ı hesabda önə keçirdi: 0-1.

***

İsveçdə “Hakken” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ikinci hissə başlayıb.

Globalinfo.az-ın məlumatına görə, hələlik görüşdə hesab açılmayıb.

***

İsveçdə “Hakken” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.

Globalinfo.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***23:03

“Hakken” – “Qarabağ” qarşılaşması start götürdü.

Canlı yayımı BURADAN izləyə bilərsiniz.

***

İsveçdə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda üz-üzə gələcək “Hakken” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Hakken”: 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko

Baş məşqçi: Per Matias Hoqmo

“Qarabağ”: 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün “Ullevi” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.