Türkiyə xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Məlumata görə, danışıqlar zamanı ikitərəfli əlaqələr, İslam Əməkdaşlıq Təşkilatının təcili toplantısı və müqəddəs kitabımız Qurani-Kərimə qarşı hücumlara qarşı birgə görüləcək tədbirlər müzakirə edilib.