Hadisə konsertində Sərvərə təşəkkür etdi – VİDEO

Bu gün türkiyəli müğənni Hadisənin konsertində maraqlı anlar yaşanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçi konsertə yardım maşını ilə məşhurlaşan Sərvər Bəşirlini dəvət edib.

O, Sərvəri səhnəyə çağıraraq ona Türkiyəyə dəstək olduğu üçün minnətdarlığını bildirib.

Xatırladaq ki, S. Bəşirli zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəm olmuşdu.

Həmin görüntüləri təqdim edirik: