Ermənistan vətəndaşı Rusiyada gömrükdə belə saxlanıldı – FOTO

2 kiloqramlıq qızıl zənciri Rusiyadan Türkiyəyə keçirməyə çalışan Ermənistan vətəndaşı saxlanılıb.

Globalinfo.az xəbər verir ki, o, Vnukovo hava limanında gömrük işçilərini inandırmağa çalışıb ki, guya 9 milyon rubl dəyərindəki zəncirin qiyməti əslində 50 min rubldur.

32 yaşlı Ermənistan vətəndaşı zənciri üzərində keçirməyə cəhd etsə də, onun hava şəraitinə uyğun geyinməməsi polislərin diqqətini çəkib. O, üzərində saxlanılan əşyanın adi sarı metal zincir olduğunu iddia etsə də, onun saf qızıl olduğu ortaya çıxıb.

Həmin şəxsi 7 ilə qədər həbs cəzasının gözlədiyi bildirilir.

Vnukovo havaalanında bir Ermeni vatandaşından altın zincir ele geçirildi - RIA Novosti, 1920, 08/07/2023

Ayşən Mustafa
Globalinfo.az