Hacı Şahin vəfat etdi – FOTO / YENİLƏNİB – 2

Globalinfo.az-ın məlumatına görə, hazırda Hacı Şahin Həsənlinin yaxınları, dostları onun sağlığında imam-camaat olduğu “Məşədi Dadaş” məscidinə axışır.  

***
08:03

Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

İlahiyyatçının bu gün səhər saatlarında infarktdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində anadan olub.

1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinә daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.

1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.

2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidində imam-camaatı olub.

Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.

2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Azərbaycan, ərəb, fars və rus dillərini bilirdi.

Uzun illərdir, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi.

Allah rəhmət eləsin!