Günahsız yerə 44 il həbsdə yatdı – FOTO

ABŞ-da günahsız yerə 44 il  həbsdə yatan şəxsə 25 milyon dollar təzminat ödəniləcək.

Globalinfo.az xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatında 54 yaşlı qadına təcavüz etdiyinə görə 44 il həbs yatan qaradərili Ronnie Lonqun günahsız olduğu ortaya çıxıb.

ABŞ Apellyasiya Məhkəməsinin hakimi Stefani Tacker açıqlamasında polisin qəsdən maddi sübutları gizlətdiyini bildirib. Bu, bəlli olduqdan sonra 27 avqust 2020-ci ildə Lonq haqqında hökm ləğv edilib.

Haqsız yerə 44 il həbsdə olan Lonqun vəkilləri 25 milyon dollarlıq təzminatı ən böyük məhkumluq zərərlərindən biri kimi qiymətləndiriblər.

ABŞ mətbuatında yer alan məlumata görə, 68 yaşlı Ronnie Lonq 1976-cı ildə, yəni 21 yaşında olarkən ağdərili qadını oğurlamaqda və zorlamaqda günahlandırılıb. O, iki dəfə ömürlük həbs cəzasına məhkum edilib.

Haksız yere 44 yıl hapis yattı!

Əliyar Xəlil,

Globalinfo.az