Güclü külək evlərin dam örtüyünü uçurdu – FOTOLAR

Qeyri-sabit hava şəraiti nəticəsində əsən güclü külək Oğuz şəhərində dörd və iki mərtəbəli binanın, o cümlədən fərdi yaşayış evinin dam örtüyünü uçurub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bundan başqa Baş Daşağıl kəndində evlərin dam örtükləri dağılıb.

Güclü külək nəticəsində rayonda elektrik dayaqları və şəhərin gecə işıqlanmasını təmin edən dayaqlar da aşıb.