
Yaylaq Festivalında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Globalinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 1968-ci il təvəllüdlü Həmayə Fətullayeva, 8 yaşlı D. A (Ad şərtidir), 1975-ci il təvəllüdlü Təranə Cəfərova, 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, 1999-cu il təvəllüdlü Əli Məmmədzadə,1968-ci il təvəllüdlü Nailə İsmayılova, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdllü Vüsət Zeynalov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
***19:55
İlkin məlumata görə, 4 nəfər xəsarət alıb.
Globalinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, həmin şəxslər Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirlib.
***19:33
Göygöl rayonunda keçirilən Yaylaq festivalı zamanı taxtadan hazırlanmış çardaq aşıb.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, festival ərazisində quraşdırılmış taxta kölgəlik aşaraq insanların üzərinə düşüb.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Yaralıya ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
