Görənlər təəccüblənir: gölə elə nişan quraşdırıldı ki… – FOTO

Nijni Novqorod vilayətinin Bor şəhərində yerli sakinlər yadplanetlilərə Muxinskoye gölünü qaçırmağı qadağan edən lövhə quraşdırıblar.

Globalinfo.az oxu.az-a istinadla xəbər verir ki, sakinlər gölün onlara baha başa gəldiyini iddia edirlər.

Məlumata görə, 2019-cu ildə hökumət sahilyanı ərazini 15 milyon rubla abadlaşdırıb.

Podratçı dəfələrlə işin başa çatdırılması üçün nəzərdə tutulmuş müddəti uzadıb və iş başa çatdıqdan az sonra demək olar ki, bütün su göldən yoxa çıxıb.

Anormal hadisələrin tədqiqatçısı hadisədə yadplanetlilərin iştirak etdiyini irəli sürüb. İddialara görə, onlar kosmik gəmi reaktorlarını soyutmaq üçün sudan istifadə ediblər.