WhatsApp Image 2024 06 03 at 11.23.06 min

“İran ordusu ölkəni böyük savaşlar və uzunmüddətli konfliktlər dönəmində tam qorumağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun komandanı Hüseyn Salami deyib.

“Biz uzun illər ərzində genişmiqyaslı döyüşlərə, hətta böyük güclər və onların regional peykləri ilə uzunmüddətli konfliktlərə hazırlaşmışıq. Hər gün raket və raket sistemlərimizin sayı bütün ölkə boyunca artır. Bu gün yüzlərlə təyyarəni eyni anda vura bilərik”, – o bildirib.

H.Salami İranın öz müstəqilliyinin müdafiəsi üçün heç bir xarici gücə sığınmadığını deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: