Simonyandan keçmiş qondarma rejimlə bağlı etiraf

Ermənistan Parlamentinin sədri Alen Simonyan keçmiş qondarma rejimin “dövlət qurumları”nın ölkədə saxlanılması və yenidən formalaşdırılmasının Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, Simonyan jurnalistlərin suallarına cavab olaraq bunu “təhlükəsizliyə zərbə” adlandırıb.

“Qarabağla bağlı sualın nə mənası var?! Mən burada “artsax” institutları və qurumlarının saxlanılması, yenidən formalaşdırılması üçün hər hansı məqsəd olduğunu düşünmürəm. Bunu Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid və zərbə hesab edirəm. Bütün həmkarlarımı bu məntiqlə düşünməyə çağırıram”, – Simonyan deyib.

Ayşən Mustafa
Globalinfo.az