nnn 1

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Gəncə şəhərində təntənəli hərbi yürüş keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə rəsmilər vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib, Əbədi məşəl abidəsinin önünə gül dəstələri düzüblər.

Daha sonra qalib Azərbaycan Ordusunun hərbi qulluqçuları marş sədaları altında şəhərin mərkəzi prospektlərində təntənəli yürüş ediblər. Hərbi orkestrlərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Yürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

05f64530 c005 4b8d 86b1 c3a65910e77c
c3d81d50 b54b 4702 b372 2f146d99f8ec
9d4fca78 7b5b 4183 8997 9de9876bedb2
4a4dd34f 42e3 490a b5f3 d63b2ae0c26e
b2495708 dd9a 4866 a6df a537bf183dc4
18941673 70a3 47d8 b6a2 9960781ce14b
c6caf1a0 292b 462a bb31 6f7bffa31d8f
96d4fbe2 c0ea 4fea b99f edfb39690e3c
12fc3479 5ad5 4ba2 9478 2f4bb48e69fd
4f0f7064 d8f0 4319 897b 116a842290f1
2fb38c1c 3585 402b 8aba 1129b7b31d56
2329a65c 55db 46a9 8950 2b49449db842

Paylaş: