İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görən gəmilərdə yaralanan Azərbaycan vətəndaşlarının səhhəti ilə bağlı son vəziyyət məlum olub.
Globalinfo.az-ın xəbərinə görə, Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, hadisə zamanı yaralanan vətəndaşlarımız artıq sağalıblar.
“Yaralılar sağalıb və evə buraxılıblar”, – deyə XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində “Natra” və “Zirkon” yük gəmilərinin heyət üzvləri olan 25 Azərbaycan vətəndaşından 4 nəfər həlak olmuş, 4 nəfər isə – Rəşad Mədətxanov, Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli yaralanmışdı.