İyunun 5-də gecə saatlarında Azov dənizində vurulan gəmidə olan 5 azərbaycanlıdan biri – 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyev Zaqatala rayonu, Aşağı Tala kənd sakinidir.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, M.Əliyev bir neçə il əvvəl Zaqatala rayonundan Rusiyaya – atasının yanına köçüb. O, həmin vaxtdan etibarən gəmidə işləyirmiş.
Gəmidə kapitanın 2-ci köməkçisi kimi çalışırmış. Ailəli olub, bir azyaşlı oğlu qalıb. M.Əliyevin özü ailənin yeganə oğul övladı imiş. Ailənin bir oğlu, bir qızı olub. M.Əliyevin atası İ.Əliyev isə uzun müddətdir Rusiyada yaşayır, xırda sahibkarlıqla məşğuldur.
X X X
Bu gün gecə saatlarında göyərtəsində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları təşkil edilib. Hadisə zamanı həyatını itirən azərbaycanlı dənizçilərdən daha birinin kimliyi məlum olub.
Globalinfo.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, hücum zamanı dünyasını dəyişən şəxs “Natra” gəmisinin kapitanının 2-ci köməkçisi Məhəmməd Əliyevdir.
Qeyd edək ki, mərhum dənizçi ailəli olub və yaxın günlərdə körpəsi dünyaya gəlibmiş.