Gədəbəy və Qazaxda dəm qazından zəhərlənənlər var

Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakinləri 1994-cü il təvəllüdlü Sevta Aslanova və onun oğlu 2013-cü il təvəllüdlü Əli Aslanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə onlar yaşadıqları evdə dəm qazından zəhərlənib.

Qazaxda 2 nəfər dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.

Zəhərlənən şəxsləri kimlikləri dəqiqləşdirilir.