Durova qarşı “Bənövşəyi musiqi” əməliyyatı – Detallar

IMG 20240817 210656 575

2017-ci ildə fransız casusları BƏƏ ilə birlikdə İŞİD-in silahlıları cəlb etmək üçün Teleqramdan istifadə edə biləcəyindən qorxaraq, Pavel Durovun mobil telefonunu sındırmaq üçün əməliyyat keçirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb.

“2017-ci ildə, Makronla görüşdən bir il əvvəl fransız casusları Durovu Birləşmiş Ərəb Əmirlikləri ilə birgə əməliyyatda hədəfə aldılar və onun Ayfonu sındırıldı”, – məlumatda bildirilib.

Nəşrin məlumatına görə, casus əməliyyatı “Bənövşəyi musiqi” adı almışdı.

Durova yaxın olan mənbənin qəzetə verdiyi məlumata görə, Teleqram illərdir hüquq-mühafizə orqanları tərəfindən verilən çağırış vərəqələrinə və məhkəmə qərarlarına məhəl qoymur.