Fransada yeni hökumətin tərkibi elan olundu

Fransada yeni hökumətin tərkibi elan edilib.

Globalinfo.az APA istinadla xəbər verir ki, hökumətə Qabriel Attal rəhbərlik edəcək.

Daxili işlər naziri postuna Jerar Darmanin gətirilib.

Maliyyə və iqtisadiyyat naziri Brüno lö Mer seçilib.

Keçmiş ədliyyə naziri Raşida Dati isə mədəniyyət naziri postunu tutub.

Stefan Sejurne Avropa və Xarici işlər nazirliyinə rəhbər təyin edilib.

Sebastian Lekornü isə müdafiə naziri postunu tutub.

Hökumətin yeni tərkibdə ilk iclası 12 yanvar saat 11.00-da (Bakı vaxtı ilə 14.00) keçiriləcək.