Fransada vəziyyət gərginləşir: Makron imtina etdi

Fransa Prezidenti Emmanuel Makron ölkədə baş verən iğtişaşlar səbəbilə Berlinə səfərini təxirə salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Yelisey sarayından bildirilib.

Bu gün Fransa Prezidenti Emmanuel Makronun Almaniya lideri Frank-Valter Ştaynmayerlə söhbəti olub.

“Daxili vəziyyəti nəzərə alaraq Prezident Makron qarşıdakı bir neçə gün ərzində Fransada qalmaq istəyini ifadə edib”, – qeyd olunub.