“ABŞ-la təhlükəsizlik sazişi Ukraynanın NATO-ya daxil olmasına kömək edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
O bildirib ki, ABŞ Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasına kömək edəcək.
“NATO-nun birgə bəyanatında Ukraynanın gələcəyinin sözügedən təşkilatda olduğu bildirilib. Şərtlər yerinə yetirildikdə və bütün müttəfiqlər razılaşdıqda, Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət göndərilə bilər. Bu, Ukraynaya öz təhlükəsizliyini təmin etməyə, suverenlik və ərazi bütövlüyünü qorumaq üçün lazım olan imkanları yaratmağa kömək olacaq”, – deyə Sallivan vurğulayıb.
Qeyd edək ki, iyunun 13-də İtaliyada keçirilən görüşdən sonra Bayden Ukrayna prezidenti kimi səlahiyyət müddəti başa çatan Volodimir Zelenski ilə təhlükəsizlik sazişi imzalayacaq.
Müşviq Tofiqoğlu
Globalinfo.az