Fransada Türkiyənin Baş Konsulluğuna “Molotov kokteyli” atdılar

Türkiyənin Fransadakı Baş Konsulluğuna “Molotov kokteyli” ilə hücum edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Marseldə baş verib.

Türkiyə Baş Konsulluğuna hücumda şübhəli bilinən 2 şəxs saxlanılıb, daha 2 nəfərin axtarışı davam etdirilir.

Həmin şəxslərin kürd əsilli olduğu məlumdur.

Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.

Zərərçəkənlər barədə məlumat verilməyib.