fr

Fransanın şərqində paraşütçüləri daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, hadisə Tomblaine aerodromu yaxınlığında baş verib. 

Ölənlər arasında ilk dəfə paraşütlə tullanma təcrübəsi keçən iştirakçılar da var idi.

Hava gəmisini təcrübəli pilot idarə edirdi.

“Təyyarə qəzasının ilkin səbəbi texniki nasazlıq ola bilər. Belə ki, hava gəmisində texniki problem yaranıb və təyyarə şaquli şəkildə yerə çırpılıb”, – deyə Fransa mediasında bildirilib.

Məlumata görə, qəza nəticəsində sağ qalan olmayıb.

Hadisə ilə bağlı istintaq başladılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: