2XFXRGJ New Defence Secretary JOHN HEALEY arrives in Downing Street as UK Prime Minister Keir Starmer starts cabinet appointment 050724 CREDIT Alamy.jpg

“Britaniya və Avropanın müdafiəsi Ukraynadan başlayır”.

Globalinfo.az xəbər verir ki, bu sözlər Britaniya müdafiə naziri Con Hilinin “Sunday Express” qəzetindəki məqaləsində yer alıb.

“Putin Ukraynada dayanmasa, digərləri, ona bənzəyənlər də cəsarətlənəcəklər. Ona görə də biz nə qədər tələb olunursa, ukraynalı dostlarımızın yanında olacağıq”, – o bildirib.

Hilin Ukraynanın Rusiyanın Kursk vilayətinə daxil olmasını “müdafiə xarakterli addım” adlandırıb.

O həmçinin əlavə edib ki, Britaniya silahlarının Rusiyadan müdafiə əməliyyatında istifadəsi ilə qürur duyur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: