Fransada taksi sürücüləri etiraz edir – VİDEO

Hökumətdən dəstək tədbirləri tələb edən fermerlər Fransanın 40 kommunasında etiraz aksiyaları keçirirlər.

Globalinfo.az bildirir ki, Daxili İşlər Nazirliyi böyük şəhərlərə gedən yolların tamamilə bağlanmasına icazə verməyəcəklərini və ictimai asayişin pozulmasının qarşısını almaq üçün 15 min polis və jandarmadan istifadə etmək niyyətində olduğunu bildirib.

Bundan əvvəl isə həmkarlar ittifaqı liderləri Parisə və digər böyük şəhərlərə yaxınlaşmaların qarşısını alacaqlarına söz vermişdilər.

***14:17

Fransada tibbi daşınma ilə bağlı yeni qaydalara etiraz edən taksi sürücülərinin kütləvi nümayişləri başlayıb. 

Globalinfo.az bildirir ki, aksiyadan çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd olunur ki, taksi sürücüləri Fransa paytaxtına aparan magistral yollardan birini bağlayıblar.