Fransada merdən antisemit hərəkət: üzr istədi, istefaya çağırılır – VİDEO

Fransanın Vilnöv-Sen-Jorj şəhərinin meri Filip Qoden şəhər şurasının iclası zamanı nasist salamı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, şuranın iclası zamanı iştirakçılarla salamlaşarkən Qoden nasist salamına aid jestdən istifadə edib. Daha sonra mer etdiyi hərəkətə görə üzr istəyib.

“Mən səhv davrandığımı etiraf edirəm, buna görə üzr istəyirəm”, – o bildirib.

Buna baxmayaraq merin rəqibləri onu istefaya məcbur etmək niyyətindədirlər. Hətta Filip Qodenin maliyyə məsələləri üzrə müavini Emmanuel Ququnyan-Zadiq ona etirazını bildirib.

“Biz hər şeyi öz adı ilə adlandırmalıyıq: bu, antisemit hərəkət idi. Biz istəmirik ki, bizi hələ öz əməlinin ciddiliyini anlamayan bələdiyyə sədri təmsil etsin”, – Ququnyan-Zadiq bildirib.